...

MDB ölkələri xarici işlər nazirləri Şurasında 17 məsələ müzakirə ediləcək

Siyasət Materials 5 Aprel 2006 12:34 (UTC +04:00)

MDB ölkələri xarici işlər nazirləri Şurasının aprelin 21-də Moskvada keçiriləcək iclasının gündəliyinə 17 məsələ daxil edilib.

Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib. Əsas məsələlərdən biri Birlik orqanlarının yenidən formalaşdırılması və təkmilləşdirilməsinə dair Şuranın qərarının icrası ilə bağlıdır.

Bundan başqa, MDB ölkələri arasında dövlət sərhədlərinin hüquqi cəhətdən rəsmiləşdirilməsi, həmçinin, Birlik ölkələri vətəndaşlarının pensiya təminatı sahəsində hüquqlarına zəmanətlə bağlı məsələlərin müzakirəsi planlaşdırılır. Həmçinin enerji daşıyıcılarının Mərkəzi, Cənubi və Qərbi Avropaya nəqli üçün nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı məsələ də nəzərdən keçiriləcək. Bundan başqa, MDB çərçivəsində azad ticarət zonasının fəaliyyət mexaniminin müzakirəsi də planlaşdırılır.

Forumda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti