Azərbaycan Ziyalalır Hərəkatı (AZH) ümumrespublika forumu keçirməyi planlaşdırıb. Bu barədə Trend ə AZH lideri Eldəniz Quliyev bildirib.
E.Quliyev qeyd edib ki, "Sivilizasiya dialoqu: mif və reallıqlar" mövzusunda keçiriləcək ümumrespublika forumuna iqtidar və müxalifət düşərgəsinin təmsilçiləri, ölkədə fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilatlardan, eyni zamanda xaricdən qonaqlar dəvət olunacaq: "Nəzərdə tutmuşuq ki, forumda 10-15 məruzə edilsin və mövzu ilə bağlı diskussiyalar aparılsın".
AZH lideri onu da vurğulayıb ki, tədbir hərəkatın 2005-ci ildəki fəaliyyəti ilə bağlı hesabat xarakteri daşıyacaq. E.Quliyev onu da bildirib ki, forumun keçirilməsi üçün böyük məbləğdə maliyyə və ciddi hazırlıq lazımdır: "Bu problemləri həll etsək, yaxın aylarda forumu reallaşdıracağıq".