...

Heydər Əliyev Fondunun prezidenti MDB yəhudi icmaları Federasiyasının nümayəndə heyətini qəbul edib

Siyasət Materials 11 Aprel 2006 17:52 (UTC +04:00)

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva aprelin 11-də MDB-nin yəhudi icmaları Federasiyasının prezidenti Lev Levayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend məlumat verib.

Görüşdə Mehriban Əliyeva qonaqları Fondun tarixi və fəaliyyəti, ölkədə müxtəlif sahələrdə, o cümlədən səhiyyə, təhsil və mədəniyyət sahəsində həyata keçirilən proqramlarla tanış edib.

Qeyd olunub ki, təkcə ötən il Fondun vəsaiti ilə 132 müasir ümumtəhsil məktəbi tikilib, diabet və tassemiyadan əziyyət çəkən uşaqlara yardım proqramları həyata keçirilib.

L.Levayev Azərbaycanda mövcud olan yüksək tolerantlığı qeyd edib və Fondun fəaliyyətini yüksək qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti