...

İlham Əliyev: Dağlıq Qarabağ danışıqları Azərbaycanın milli maraqlarına cavab verən yeni formatda aparılır

Siyasət Materials 12 Aprel 2006 13:10 (UTC +04:00)
İlham Əliyev: Dağlıq Qarabağ danışıqları Azərbaycanın milli maraqlarına cavab verən yeni formatda aparılır

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi Azərbaycanın milli maraqlarına cavab verən və ölkənin ərazi bütövlüyünün bərpası üçün əsas yaradan yeni formatda aparılır. Trend in xəbər verdiyi kimi, bu barədə aprelin 12-də Zaqatala rayonunda Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinə baş çəkən prezident İlham Əliyev bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi hərbi əməliyyatları təzələmək istəmir, ancaq bununla yanaşı, öz hərbi potensialını artırır.

Dövlət başçısı bildirib ki, Azərbaycanın sərhədləri dostların üzünə açıq, düşmənlərin üzünə isə bağlı olmalıdır və bu məqsədlə sərhədlərin gücləndirilməsinə böyük diqqət ayrılır. Bunun üçün 2007-ci ilin dövlət büdcəsindən daha çox vəsait ayrılacaq.

Prezident qeyd edib ki, erməni lobbisi və Ermənistanın terror təşkilatları Azərbaycana qarşı antitəbliğat və təxribat aparmaqda davam edir. Belə ki, 90-cı illərin əvvəllərində Ermənistan tərəfindən Azərbaycanda həyata keçirilmiş 30 terror aktı nəticəsində 2000-dən çox günahsız insan həlak olub. Azərbaycan öz sərhədlərini müdafiə etməli, o cümlədən müstəqilliyini qorumalıdır.

Dövlət başçısı Zaqatala rayonunda Olimpiya İdman Kompleksinin açılış mərasimində də iştirak edib.

Xəbər lenti

Xəbər lenti