...

Türkiyənin daxili işlər naziri Azərbaycanın Daxili Qoşunlarının komandanı ilə görüşüb

Siyasət Materials 19 Aprel 2006 19:26 (UTC +04:00)

Aprelin 19-da Bakıya üçgünlük səfəri başlayan Türkiyənin daxili işlər naziri Abdülkadir Aksu Daxili Qoşunların komandanı Zakir Həsənovla görüşüb. Bu barədə Trend ə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Zakir Həsənov Türkiyə Jandarm Qüvvələrinin baş komandanı Fevzi Türkerinin dəvəti ilə bu ilin aprel ayında bu ölkəyə 3 günlük səfəri ilə bağlı xoş təəssüratlarını qonağa çatdırıb.

Qeyd olunub ki, Daxili Qoşunların nümayəndələri Jandarm Qüvvələrinin təcrübəsindən istifadə etməklə xeyli irəliləyişə nail olublar. Lakin ölkələr arasındakı müvafiq qurumların daha da yaxından mübadilə aparmasına çalışmaq lazımdır.

Z.Həsənov aprelin 19-da A.Aksunun daxili işlər naziri Ramil Usubovla görüşü zamanı imzalanmış cinayətkralığa qarşı birgə fəaliyyətə dair sənədin yüksək töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Eyni zamanda Azərbaycanın digər qurum rəhbərləri ilə nəzərdə tutulmuş görüşlərin də hər iki ölkənin gələcək inkişafında səmərəsi qeyd olunub.

A.Aksu öz növbəsində səmimi görüşə görə DQ-nın komandanına təşəkkürünü bildirib və söyləyib ki, Türkiyənin müvafiq qurumu hər zaman Azərbaycanın Daxili Qoşunlarına təhsil, təcrübə və digər sahələrdə yardımçı olmaqdan şərəf duyur.

Qonaq Azərbaycana səfərinin iki qardaş ölkənin güc strukturları arasındakı qarşılıqlı əlaqəni daha da möhkəmləndirəcəyini bildjirib, Qarabağ torpaqlarının tezliklə erməni işğalından azad edilməsi ilə bağlı arzularını çatdırıb.

Xəbər lenti

Xəbər lenti