...

Asim Mollazadə Beynəlxalq Respublikaçılar İnstitutunun nümayəndəsilə görüşüb

Siyasət Materials 20 Aprel 2006 17:44 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə aprelin 20-də Beynəlxalq Respublikaçılar İnstitutunun proqram direktoru Dallas Frohriblə görüşüb. Bu barədə Trend ə DİP-dən məlumat verilib.

Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, 13 mayda keçiriləcək təkrar parlament seçkiləri, DİP ilə Beynəlxalq Respublikaçılar İnstitutu arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Dallas Frohrib mayda parlamentə təkrar seçkilər zamanı Beynəlxalq Respublikaçılar İnstitutunun 10 seçki dairəsində keçirəcəyi "exit-poll" barədə məlumat verib. Asim Mollazadə də öz növbəsində qonağa partiyanın təşkilati işləri və seçkilərə hazırlıq məsələləri ilə bağlı ətraflı məlumat verib.

Xəbər lenti

Xəbər lenti