...

Təkrar seçkidə iştirak edən namizədlərin sayı 137 nəfər olub

Siyasət Materials 21 Aprel 2006 17:23 (UTC +04:00)

13 may təkrar parlament seçkilərində iştirak edən namizədlərin sayı 137 nəfər olub. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Aprelin 21-də 110 saylı Ağdam kənd seçki dairəsindən deputatlığa namizəd Xoşqədəm Baxşəliyeva namizədliyini geri götürüb. Beləliklə, namizədlərin sayı bir nəfər də azalaraq 137 nəfər olub.

Qeyd edək ki, "Üç nöqtə" qəzetinin baş redaktoru Xoşqədəm Baxşəliyevadan əvvəl 110 saylı Ağdam kənd seçki dairəsindən deputatlığa namizəd olmuş "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili də öz namizədliyini geri götürüb.

Xəbər lenti

Xəbər lenti