...

Rino Harniş: Əminəm ki, Azərbaycan-Amerika əlaqələri son illər ərzində daha da sıxlaşıb

Siyasət Materials 21 Aprel 2006 19:29 (UTC +04:00)
Rino Harniş: Əminəm ki, Azərbaycan-Amerika əlaqələri son illər ərzində daha da sıxlaşıb

"Mənim Azərbaycanda keçirdiyim üç il çox məhsuldar olub və Bakı ilə Vaşinqton arasındakı əlaqələrin gələcək inkişafı üçün əlverişli zəmin yaradıb". Bu barədə, Trend agentliyinin məlumatına əsasən, aprelin 21-də ABŞ-ın Bakıdakı səfiri Rino Harniş diplomatik fəaliyyətinin başa çatmasına həsr olunmuş mətbuat konfransında bildirib.

"Mən inanıram ki, son bir neçə ilə ərzində iki ölkə və iki xalq arasındakı əlaqələr daha da sıxlaşıb. Terrorçuluqla birgə mübarizə buna əyani misaldır" - deyə səfir qeyd edib. R.Harniş Amerika-Azərbayan münasibətlərinin digər vacib istiqaməti kimi ölkədəki demokratik institutların möhkəmləndirilməsini göstərib.

"ABŞ Azərbaycanı Ümumdünya Ticarət Təşkilatına qoşulmaq məsələsi də daxil olmaqla, müxtəlif sahələrdə dəstəkləyib və dəstəkləyəcək" - deyə diplomat bildirib.

Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqton səfərinə toxunan səfir deyib ki, bunun iki ölkənin mövqeyini daha da yaxınlaşdıracağına əmindir.

"Səfər Dağlıq Qarabağ münaqişəsi və ya regional problemilərin həlli kimi bir mövzuya deyil, bir çox məsələlərin müzakirəsinə həsr olunub" - deyə R.Harniş vurğulayıb. O deyib ki, iki ölkə arasındakı münasibətlər bundan sonra da qarşılıqlı etibar və hörmət prinsiplərinə əsaslanacaq.

Xəbər lenti

Xəbər lenti