...

Qərib Məmmədov: Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası üzrə ekspertlərin növbəti görüşü mayın sonu-iyunun əvvəlində keçiriləcək

Siyasət Materials 24 Aprel 2006 15:21 (UTC +04:00)

Azərbaycan və Rusiya arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə ekspertlərin növbəti görüşü mayın sonu və iyunun əvvəlində Bakıda keçiriləcək. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Torpaq və Xəritəçəkmə üzrə Dövlət Komitəsinin sədri Qərib Məmmədov məlumat verib.

Hazırda Azərbaycan və Rusiya arasında 3 sahə (Balakən rayonu və Samux çayı ərazisindəki sahələr, o cümlədən meşə sahəsi) razılaşdırılmayıb. Ekspertlər artıq hər üç sahə üzrə materiallar hazırlayıb. Bu materiallar delimitasiya və demarkasiya üzrə hökumətlərarası komissiyanın növbəti iclasında nəzərdən keçiriləcək.

Dövlət Komitəsi sədrinin sözlərinə görə, artıq Gürcüstanla 5 yarımsahə razılaşdırılıb, 8-i isə hələ razılaşdırılmayıb. Bu istiqamətdə işlər davam etdiriləcək", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti