...

ATƏT-in Bakı ofisinin 2005-ci ildəki fəaliyyəti barədə məruzə dərc olunub

Siyasət Materials 27 Aprel 2006 17:18 (UTC +04:00)

ATƏT-in Bakı ofisinin fəaliyyəti vətəndaş cəmiyyətinin möhkəmlənməsinə, hüququn və insan haqlarının aliliyinin təmin olunmasına, insan alveri ilə mübarizəyə, korrupsiya ilə mübarizədə polisə dəstək olmağa, eləcə də ictimaiyyətin ətraf mühitin mühafizəsi məsələləri ilə bağlı məlumatlarının artırılmasına yönəlib. Trend in verdiyi məlumata görə, bu barədə ATƏT-in Vyanadakı mərkəzi ofisinin 2005-ci ildə təşkilatın fəaliyyəti barədə dərc olunmuş məruzəsində bildirilir.

Bununla yanaşı, Bakı ofisi seçkilər sahəsində keçirilən islahatlara, eləcə də sərbəst toplaşma azadlığının təmin olunmasına xüsusi əhəmiyyət verib.

Ofis zəhərli tullantıların təkrar istifadəsi və saxlanması ilə bağlı ilk addımını atıb.

Ofisin hərbi-siyasi sahədə fəaliyyəti hüquq-mühafizə orqanlarının inkişafının dəstəklənməsinə yönəlib. 2005-ci ildə bu kontekstdə, eləcə də, polis məktəblərinin tikintisi və treninq proqramlarının keçirilməsində irəliləyiş müşahidə olunub. Bu gün məktəblərin bütün otaqları dərslərin daha rahat şəraitdə keçirilməsini təmin edən mebellərlə təmin olunub. Məktəb müəllimləri Çexiya Milli Polis Akademiyasının nümayəndələrinin iştirakı ilə treninqlər keçiblər.

Sərbəst toplaşma azadlığının inkişafı kontekstində ofis Azərbaycan DİN nümayəndələri üçün iki layihəni reallaşdırıb.

Ən son nöqtə ehtimal olunan aksiyaların iştirakçılarının saxlanması üzrə beynəlxalq standartlara müvafiq addımların nümayiş etdirilməsi olub.

ATƏT zəhərli tullantıların təkrar istifadəsi və utilizasiyası məsələsində Azərbaycan ərazisində yerləşən 2 zəhərli tullantıların saxlandığı anbarın texniki və maliyyə dəstəyi üzrə layihənin reallaşdırılmasına başlayıb.

Və nəhayət, korrupsiya ilə mübarizə məsələsində ATƏT-in Bakı ofisi bazarın liberallaşması, regional iqtisadi əməkdaşlığın inkişafı, eləcə də neft-qaz sektorundan gələn gəlirlər üzrə əsas addımları nəzərdən keçirib.

Ofis həmçinin, NATO ilə Cənubi Qafqaz çaylarının birgə monitorinqinin reallaşdırılmasını həyata keçirir.

Nümayəndəlik Azərbaycan qadınları üçün insan alveri məsələsindən irəli gələn risq məsələsi ilə bağlı treninqləri dəstəkləyib. Bu cür treninq Qubada keçirib. Həmçinin, gənc qadınların işə götürülməsi ilə bağlı işlər də aparılıb. 2005-ci il ərzində ofisin fəaliyyətində əsas prioritetlərdən biri hakimiyyətlə müxalifət arasında danışıqların dəstəklənməsidir.

"Dialoq" may ayında, tərəflərin demokratik dəyərlərin inkişafı məsələsi üzrə danışıqları keçirərkən başlayıb.

2005-ci ilin sentyabrında dialoqun ikinci mərhələsi başlayıb və burada iki partiyanın rəhbərliyinin nümayəndələri, partiyaların regional nümayəndəliklərinin, eləcə də polisin və daxili qoşunların nümayəndələri iştirak ediblər.

Ofis Seçki Məcəlləsinin yenidən nəzərdən keçirilməsi üzrə tövsiyələrin yerinə yetirilməsini və 2005-ci il 6 noyabr parlament seçkiləri ərəfəsində hüquqi çərçivədə islahatların keçirilməsini dəstəkləyib.

Eyni zamanda, QHT və Seçkiləri monitorinqi Mərkəzinin hazırladığı televiziya və pradio verilişlərinin tərkibi prinsipləri barədə təkliflərlə çıxış edib.

Layihə ofisin seçicilərin maarifləndirilməsi və vətəndaşların səsvermədə iştirakının təşviqi üzrə fəaliyyətinin əsas tərkib hissəsidir.

Ofisin üzvləri eləcə də, 6 noyabr parlament seçkilərinə hazırlıq üzrə siyasi dəyişiklikləri ATƏT-in DTİHB-nun keçirdiyi monitorinq vasitəsilə diqqətlə izləyiblər.

Xəbər lenti

Xəbər lenti