...

Maurisio Pavesi: Azərbaycanda seçkiqabağı vəziyyət qənaətbəxşdir

Siyasət Materials 29 Aprel 2006 11:13 (UTC +04:00)

Azərbaycanda seçkiqabağı vəziyyət qənaətbəxşdir. Trend in xəbər verdiyi kimi, bu barədə aprelin 28-də jurnalistlərlə söhbətində ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Maurisio Pavesi bildirib.

"Ölkədə seçkiqabağı vəziyyət qənaətbəxşdir. Daxili siyasi böhranın olmasını və ya hər hansı kütləvi aksiyaların keçirilməsini söyləmək olmaz", - deyə o qeyd edib.

Bununla yanaşı, səfirin sözlərinə görə, onun rəhbərlik etdiyi ofis iqtidar və müxalifət arasında danışıqların yeni raundlarını keçirməyi planlaşdırmır.

M.Pavesi bildirib ki, mayın 6-da Bakıda ölkədə seçkiqabağı vəziyyətlə bağlı seminar keçiriləcək. "Ancaq seminarda hansı məsələlərin həll olunacağı mənə məlum deyil. Belə ki, vəziyyət normaldır", - deyə M. Pavesi sonda bildirib.

Qeyd edək ki, Milli Məclisə seçkilər 13 may 2006-cı ildə 10 seçki dairəsi üzrə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti