...

Sabir Rüstəmxanlı: "Tarixi abidələrimizin başqaları tərəfindən mənimsənilməsinin səbəbi keçmişimizin müstəqil şəkildə öyrənilməməsidir"

Siyasət Materials 29 Aprel 2006 15:00 (UTC +04:00)

"Siyasi partiyaların işi təkcə siyasət və seçki deyil. Tariximizə qarşı aparılan məqsədli şəkildə dəyişikliklərə, təhrif olunmalara siyasi partiyalar da öz münasibətlərini bildirməlidir". Trend in məlumatına görə, bu fikirləri

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında "Mənimsənilmiş (oğurlanmış) tariximiz və kitiablarımız" mövzusunda keçirilən elmi-nəzəri seminarda partiyanın sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

S. Rüstəmxanlı qeyd edib ki, bu gün hər kəs siyasi tədbirlərə can atır, lakin millətin problemləri ilə bağlı məsələlər önə çıxanda laqeydlik göstərilir: "Bu gün yandırılan, məhv edilən və başqalarının adına çıxarılan keçmişimiz, qədim mədəniyyətimiz var. Bu tariximizə, mədəniyyətimizə şərik çıxanlar, mənimsəyənlər həddindən artıq çoxdur. Biz özümüz də çox böyük tarixi keçimişimizə nə yiyələnirik, nə təbliğ, nə də ki, onu dünyaya təqdim edə bilirik. Ona görə də biz hamılıqla bu problemin həllinə çalışmalıyıq".

VHP sədrinin sözlərinə görə, tarixi abidələrimizin başqaları tərəfindən mənimsənilməsinin əsas səbəblərindən biri də keçmişimizin müstəqil şəkildə öyrənilməməsidir: "Bu gün Azərbaycanda qədim dilləri bilən mütəxəssis, həmçinin universitetlərdə qədim Şərq dillərini öyrənən kafedralar yoxdur".

Onun fikrincə, Azərbaycanın Təhsil Nazirliyi bu dili bilən mütəxəssislərin yetişməsinə nail olmalıdır. Çünki qədim dilləri bilmədən keçmişimizi, tariximizi öyrənmək də çətindir.

Xəbər lenti

Xəbər lenti