...

Bahar Muradova: "Seçicilərin maarifləndirilməməsi barədə deyilənlərin əsası yoxdur"

Siyasət Materials 4 May 2006 12:20 (UTC +04:00)
Bahar Muradova: "Seçicilərin maarifləndirilməməsi barədə deyilənlərin əsası yoxdur"

"Təkrar parlament seçkiləri ilə bağlı mənbəyi bəlli olmayan sorğulara əsasən verilən proqnozları qəbul etmirəm". Bu fikirləri Trend ə açıqlamasında Milli Məclisin spiker müavini Bahar Muradova bildirib.

Qeyd edək ki, "Azadlıq" siyasi bloku sosioloji sorğulara istinadən təkrar parlament seçkilərində seçicilərin fəallığının cəmi 5-7 faiz təşkil edəcəyinə dair bəyanat verib. Bahar Muradova bildirib ki, "Azadlıq" blokunun ictimai rəyi öyrənən, sosioloji sorğular aparan institutlara malik olduğunu eşitməyib. Buna görə də ona mənbəyi məlum olmayan sorğulara əsaslanaraq verilən proqnozlarla razılaşmadığını və bunları ciddi qəbul etmədiyini deyib.

Vitse-spiker həmçinin təkrar parlament seçkiləri ilə bağlı seçicilərin az məlumatlı olması, yetərincə maarifləndirilməməsi barədə fikirlərlə də razılaşmayıb: "Ölkənin ictimai-siyasi gündəmində seçki ilə bağlı kifayət qədər çox danışıldığı üçün mən hesab edirəm ki, seçicilərin məlumatlı olmaması, maarifləndirilməməsi barədə deyilənlərin əsası yoxdur. Hamı bilir, seçki nə vaxtdı, onların dairəsindən kimlər namizəddir. Əgər namizədlər seçicilərlə ünsiyyət yarada bilirsə, onların etimadını qazanırsa, seçicilər gəlib səs verəcəklər. Burada faizin önəmi yoxdur. Əsas odur ki, seçki baş tutsun və mən inanıram ki, təkrar parlament seçkiləri baş tutacaq"-deyə Bahar Muradova vurğulayıb.

Xəbər lenti

Xəbər lenti