...

Səməd Seyidov: "Təkrar seçkilərdən sonra Azərbaycan Venesiya Komissiyası ilə əməkdaşlığını davam etdirəcək"

Siyasət Materials 5 May 2006 16:42 (UTC +04:00)

Mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdən sonra Azərbaycan Venesiya Komissiyası ilə əməkdaşlığını davam etdirəcək. Trend xəbər verir ki, bu barədə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

S.Seyidov onu da bildirib ki, Azərbaycana beynəlxalq qurumlardan müxtəlif tövsiyələr olunub. Ancaq Azərbaycan bu tövsiyələri öz marağı və dünyada mövcud olan təcrübəyə əsasən qəbul edir: "Venesiya Komissiyası da belə bir tövsiyə verib. Lakin Azərbaycan dövləti mayın 13-də parlamentə keçiriləcək təkrar seçkiləri 2005-ci il noyabrın 6-da keçirilən seçkilərin məntiqi davamı kimi qəbul edərək hansısa Seçki Məcəllsində dəyişiklik aparmağı düşünmür. Gələcəkdə hər bir məsələ, o cümlədən Seçki Məcəlləsinə əlavə və dyəişikliklərin edilməsi məsələsi də müzakirə oluna bilər".

S.Seyidov onu da bildirib ki, təkrar seçkilərindən sonra Azərbaycan Venesiya Komissiyası ilə əməkdaşlığını davam etdirəcək. S.Seyidov Avropa Şurasının baş katibi Terri Devisin gizli həbsxanaların olması ilə bağlı Azərbaycan daxil olmaqla 37 dövlətə göndərdiyi sorğuya da münasibət bildirib. Qeyd edib ki, bu məsələ ilə bağlı iki istiqamət üzrə müraciət olunub: "Avropa Şurasının baş katibi Terri Devis və AŞPA-nın bu məsələ ilə bağlı məruzəçisi Dik Marti tərəfindən. Hər iki sorğuya cavab göndərilib. Azərbaycanda heç bir gizli həbsxanadan söhbət gedə bilməz".

Xəbər lenti

Xəbər lenti