Trend agentliyinin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əliyev mayın 5-də Avropa Şurası insan haqları üzrə komissarı Tomas Hammerberqı qəbul edib.
Azərbaycanda demokratik institutların, Azərbaycan-AŞ əməkdaşlığının inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, T. Hammerberq mayın 5-də Bakıda "İnsan haqları müdafiəsinin təkmilləşdirilməsi istiqamətində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri" mövzusunda keçirilən 3 günlük beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gəlib.