...

"Dalğa" Gənclər Hərəkatı Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verdi

Siyasət Materials 10 May 2006 16:44 (UTC +04:00)

"Dalğa" Gənclər Hərəkatı Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. Bu barədə Trend ə Hərəkatın sədri Ramin Hacılı məlumat verib.

R.Hacılı bilidrib ki, onu bu addımı atmağa Bakı Şəhər İcra Hakimiyyətinin gənclər təşkilatının dinc aksiyalar keçirməsinə icacə verməməsi vadar edib: "Biz Azxərbaycan Milli Ordusunun zabiti Ramil Səfərovun hüquqlarının müdafiəsi məqsədilə aprelin 29-da "Qələbə" kinoteatrının qarşısında mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müractiət etmişdik. Lakin icra hakimiyyəti bizə hər hansı əsaslı səbəb göstərmədən mitinqin keçirilməsinin məqsədəuyğun olmadığı cavabını verdi. Aprelin 29-da mitinqin təhkilatçıları olaraq biz Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldıq və bizdən izacəsiz mitinq keçirilməməsi tələb olundu. Bunları nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyətindən Səbail rayon məhkəməsinə iddia ərizəsi vermişik".

İddia ərizəsində Azərbaycan Konstitusiyasının 49-cu maddəsini və "Sərbət toplaşmaq azadlığı haqqında" Qanunu pozduğuna görə Bakı Şəhər İcra Hakimiyyətinin Cinayət Məcəlləsinin 309-cu maddəsi əsas götürülərək cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunur. Həmçinin ictimai nüfuzuna zərbə vurduğuna görə Bakı Şəhər İcra Hakimiyyətinin simvolik olaraq 1000 yeni Azərbaycan manatı təzminat ödəməsi tələb edilir.

Xəbər lenti

Xəbər lenti