...

9 saylı Binəqədi II və106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairələrində qanun pozuntuları aşkarlanmayıb

Siyasət Materials 13 May 2006 14:00 (UTC +04:00)

Milli Məclisə mayın 13-də 9 saylı Binəqədi II seçki dairəsində keçirilən təkrar seçkilərdə hələlik heç bir qanun pozuntusu aşkarlanmayıb. Bu barədə Trend ə sözügedən dairə seçki komissiyasının sədri Nəbi Xəlilov bildirib.

Əksər məntəqələrdə yerli və xarici müşahidəçilərin seçkini izəldiyini deyən komissiya sədri hələlik hər hansı bir qanun pozuntusunun olmadığını bildirib: "Seçkilər normal vəziyyətdə keçir, seçicilər məntəqələrə maneəsiz gələrək istədikləri namizədlərə səs verirlər. Onlara qarşı hər hansı bir təzyiq göstərilmir". Komissiya sədri onu da vurğulayıb ki, seçkiləri müşahidə edənlər tərəfindən də hər hansı bir irad və şikayət daxil olmayıb.

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin sədri Xəqani Vəliyev də seçkilərin normal və demokroatik şəkildə keçirildiyini bildirib: "AVCİYA və ABŞ səfirliyi tərəfindən "exit-pol" keçirilir, zxarici və yerli müşahidəçilər seçkiləri izləyirlər. Hələlik onlar tərəfindən komissiyaya irad və şikayət daxil olmayıb".

Xəbər lenti

Xəbər lenti