...

Enn Dersi: ABŞ Transxəzər kəmərinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üzrə işləri maliyyələşdirməyi nəzərdən keçirir

Siyasət Materials 13 May 2006 18:31 (UTC +04:00)

ABŞ administrasiyası "Transxəzər kəmərinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üzrə işləri maliyyələşdirməyi nəzərdən keçirir və Bakı ilə Astana arasında Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilə nəqli haqqında hökumətlərarası sazişin imzalanmasına kömək etmək niyyətindədir. Bu barədə Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi ABŞ prezidenti Corc Buş tərəfindən irəli sürülmüş Enn Dersi bildirib.

Diplomatın sözlərinə görə, Xəzərin enerji ehtiyatlarının mənimsənilməsi və dünya bazarlarına çatdırılması Amerika hökuməti siyasətinin əsas məsələlərindən biridir.

Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərinə toxunan E.Dersi bəyan edib ki, Vaşinqton Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Koçaryanın yaxın vaxtlarda münaqişənin ilə bağlı hər iki tərəf üçün məqbul olan razılıq əldə edəcəyinə ümidvar olduğunu bildirib. "Biz danışıqların vacib mərhələsindəyik... Cari ildə danışıqlar vasitəsilə razılığın əldə olunması üçün imkan yaranacaq... Zorakılığa qayıdış faciə olardı" - deyə o vurğulayıb.

E.Dersinin sözlərinə görə, "Bakı demokratiya və qanunun aliliyi prinsipinə sadiq qaldıqca, bizim Azərbaycanla münasibətlərimiz daha da ümidverici olacaq". Azərbaycan siyasi, iqtisadi və təhlükəsizlik maraqları baxımından əhəmiyyətli olan strateji regionda ABŞ-ın vacib tərəfdaşıdır.

O qeyd edib ki, ABŞ Xəzərdə təhlükəsizliyin təminatı, terrorizm, narkotik maddalər, silah və insan alveri ilə mübarizə sahəsində Azərbaycanla əməkdaşlığı dərinləşdirmək və inkişaf etdirmək niyyətindədir. Bu barədə "İTAR-TASS" xəbər verib.

Xəbər lenti

Xəbər lenti