...

Saat 18:30-da Rusiyanın Axalkalakidəki bazasından hərbi texnikanın birinci eşelonu Gürcüstan-Azərbaycan sərhədini keçəcək

Siyasət Materials 15 May 2006 15:58 (UTC +04:00)

Saat 18:30-da Rusiyanın Axalkalakidəki bazasından hərbi texnikanın birinci eşelonu Gürcüstan-Azərbaycan sərhədini keçməlidir. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Gürcüstanldakı hərbi attaşesi general-mayor Elbrus Orucov məlumat verib.

Onun sözlərinə görə, Tiflis vaxtı ilə saat 10.00-da Gürcüstanın Zalqa dəmiryol stansiyasından Rusiyaya məxsus 62-ci hərbi bazanın döyüş texnikasının birinci eşelonu yola salınıb. Eşelon 19 vaqondan ibarətdir. Vaqonlarda 7 ədəd T72 tankı, 5 ədəd BRDM, iki ədəd BTR-60 və 4 ədəd komanda-qərargah rabitə maşınları var. Azərbaycan tərəfindən yükü ölkənin Silahlı Qüvvələrinin qarovulu qəbul edəcək və RF-yə verilmək üçün 24 saat ərzində Azərbaycan-Rusiya sərhədinədək müşayiət edəcək.

Artıq Azərbaycan ərazisindən hərbi texnikanın növbəti partiyasının Rusiyaya mayın 25-30-da göndəriləcəyi məlumdur. "Dünəndən etibarən

Axalkalakidəki hərbi bazadan texnikanın Zalqaya yüklənməsinə başlanıb. Biz özümüz əmin olduq ki, Rusiya tərəfi texnikanı yükləmək və 2-3 eşelonu göndərmək üçün hazırlayıb", - deyə general-mayor bildirib.

O qeyd edib ki, Azərbaycan tərəfi ilə 4 eşelonun göndərilməsi ilə bağlı razılıq əldə olunub. Bütövlükdə söhbət ondan gedir ki, Axalkalakidəki 62 hərbi bazanının bütün texnikası Azərbaycan ərazisi vasitəsilə Rusiyaya göndəriləcək.

E.Orucovun sözlərinə görə, RF Quru qoşunları komandanının müavini general-leytenant Valeri Yevneviç bildirib ki, Azərbaycan ərazisi ilə cəmi 22 eşelon (400 vaqon) daşınmalıdır və Azərbaycan buna razılıq verib.

Xəbər lenti

Xəbər lenti