...

Azərbaycanın baş naziri Düşənbəyə səfər edəcək

Siyasət Materials 18 May 2006 14:39 (UTC +04:00)

Mayın 24-25-də Azərbaycanın baş naziri Artur Rəsizadə Düşənbəyə səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın Nazirlər Kabinetindən məlumat verilib. Səfərdə məqsəd MDB hökumət başçıları Şurasının növbəti iclasında iştirak etməkdir.

MDB İcraiyyə Komitəsinin məlumatına görə, iclasın gündəliyinə 22 məsələ daxil edilib. Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun və bu qurumun nizamnaməsinin yaradılması haqqında müqavilənin nəzərdən keçirilməsi, MDB dövlətlərində yaşlıların təhsilinin inkişafı konsepsiyasının, 2010-cu ilədək mədəniyyət sahəsində əsas tədbirlər proqramının və s. qəbul edilməsi planlaşdırılır.

Bundan başqa, maliyyə xarakterli bir sıra məsələlər də hazırlanıb. Milli məlumatlar bazasının yaradılması və əqli mülkiyyət sahəsində qanun pozuntuları üzrə xəbərdarlıq və bunun qarşısının alınması ilə bağlı dövlətlərarası informasiya mübadiləsinin təşkili konsepsiyasının müzakirəsi, əsas qərarların qəbulu və digər məsələlərə baxılması da planlaşdırılır.

A.Rəsizadənin digər ölkələrdən olan həmkarları ilə bir sıra ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti