...

ATƏT PA-nın yay sessiyası iyulda Brüsseldə keçiriləcək

Siyasət Materials 18 May 2006 16:28 (UTC +04:00)

ATƏT-in Parlament Assamblyasının yay sessiyası iyulun 3-7-də Brüsseldə keçiriləcək. Trend xəbər verir ki, sessiyada Azərbaycanı ATƏT PA-dakı nümayəndə heyətimiz təmsil edəcək.

Qeyd edək ki, nümayəndə heyətinə Milli Məclis sədrinin müavini Bahar Muradova rəhbərlik edir. Nümayəndə heyətinə isə parlamentin insan hüquqları məsələri daimi komissiyasının sədri Rəbiyyət Aslanova, aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov və Fəttah Heydərov daxildir.

Onu da bildirək ki, Azərbaycanın nümayəndə heyəti ATƏT PA-nın yay sessiyasında Dağlıq Qarabağ məsələsini müzakirəyə çıxaracaq. Bunun üçün isə 2-3 dövlətin parlament nümayəndələrinin imzası lazımdır. E.İbrahimovdan aldığımız məlumata görə, Dağlıq Qarabağ məsələsini müzakirəyə çıxarmaqdan ötrü qurumda təmsil olunan bir neçə dövlətin parlamentarisinin imzası lazımdır. Millət vəkili bildirib ki, Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukrayna və Orta Asiya ölkələri Azərbaycanın bu təşəbbüsünü dəstəkləyəcək.

Xəbər lenti

Xəbər lenti