...

Mayın 29-da Brüsseldə Avropakı azərbaycanlı tələbələrin forumu keçiriləcək

Siyasət Materials 22 May 2006 16:38 (UTC +04:00)

Mayın 29-da Brüssel şəhərində Avropada azərbaycanlı tələbələrin forumu keçiriləcək. Bu barədə Trend ə "İRƏLİ" Ümumrespublika Gənclər Hərəkatından bildiriblər.

Toplantıda adıçəkilən hərəkatın həmtəsisçisi, beynəlxalq əlaqələr və Dağlıq Qarabağ Departamentinin rəhbəri Röya Talıbova iştirak edəcək. R.Talıbovanın forumda çıxışı planlaşdırılıb. Forumda 50-yə yaxın iştirakçı və 20 qonaq iştirak edəcək. O da bildirilib ki, tədbirdə Avropada təhsil alan azərbaycanlı tələbələr, eyni zamanda bir sıra diasporların nümayəndələri də forumda iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti