...

Axalkalakidən Rusiya hərbi texnikasının növbəti eşelonu Azərbaycana yola düşüb

Siyasət Materials 23 May 2006 14:19 (UTC +04:00)

Trend-i buradan izləyin

Bu gün Axalkalakidən Rusiya hərbi texnikası və silahlarının növbəti eşelonu Zalqadakı dəmiryolu stansiyasını tərk edərək Azərbaycana yola düşüb. Hərbi sursat buradan daha sonra isə Rusiyaya aparılacaq.

Gürcüstanın Müdafiə Nazirliyindən Praym-Nyus agentliyindən verilən məlumata görə, texnikanın və sursatın çıxarılması Rusiyanın Axalkalakidəki hərbi bazasının demontajı çərçivəsində həyata keçirilir.

Trend in verdiyi məlumata görə, dəmiryolu platformasında ZİL markalı 21 yük maşını, 5 KAMAZ markalı maşın, iki QAZ-66 markalı maşın və döyüş mərmiləri yerləşdirilib.

Bu, Axalkalakidəki hərbi bazanı tərk edən sayca ikinci eşelondur. Birinci eşelon Gürcüstanı mayın 15-də tərk edib.

Texnika ilə dolu növbəti eşelon Rusiyaya Azərbaycandan mayın 25-də yola düşəcək.

Silahların və hərbi texnikanın çıxarılması Gürcüstan-Rusiya razılaşması əsasında həyata keçirilir.

Sənəd iki ölkənin nümayəndələri arasında 2006-cı il martın 31-də Soçidə imzalanıb.

Xəbər lenti

Xəbər lenti