...

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Siyasət Materials 23 May 2006 18:00 (UTC +04:00)

Mayın 23-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Trend in məlumatına görə, iclasda komissiyaya daxil olmuş müraciətlərə baxılıb.

103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizəd olmuş Yeganə Əmiraslanovanın şikayətinə baxılarkən onun müraciətinin imzasız olduğu üçün ananoim xarakter daşıdığı bildirilib. MSK-nın iclasında iştirak edən Y.Əmiraslanova bildirib ki, seçki məntəqələrində pozuntular baş verib, 103 saylı dairə seçki komissiyasında isə onun şikayətlərinə baxılmayıb. MSK sədri Məzahir Pənahov bildirib ki, o, dairə seçki komissiyasının hərəkətsizliyindən şikayət verməlidir. 103 saylı dairədən 6 namizədin birgə göndərdiyi müraciətdə isə imzalar olmadığı üçün şikayət əsaslı sayılmayıb.

31 saylı Suraxanı ikinci seçki dairəsindən namizəd olmuş İlham Hüseynli seçki məntəqələrinin formalaşdırılmasından şikayət edib, komissiya üzvlərinin həmin ərazilərdə yaşamadığını iddia edib. İclasda bildirildi ki, onun şikayəti araşdırılıb və iddialarının heç biri təsdiqini tapmayıb. Buna görə də şikayətin təmin olunmaması barədə qərar çıxarıldı. 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizəd olmuş Çingiz Qənizadənin şikayətinə baxılarkən onun sübut kimi MSK-ya təqdim etdiyi diskdə fikirlərin aydın olmadığı qeyd edildi. İclasda iştirak edən namizədin səlahiyyətli nümayəndəsi isə buna etirazını bildirdi. Şikayətin araşdırılması üçün dairə seçki komissiyasına göndərilməsi qərara alındı. 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən daxil olmuş şikayətin də araşdırılması üçün DSK-ya göndərilməsi məqsədəuyğun sayıldı.

Xəbər lenti

Xəbər lenti