...

Regionda tibb işçiləri maarifləndirilir

Siyasət Materials 24 May 2006 19:21 (UTC +04:00)

Mayın 24-də Elmi Texniki Tibbi Profilaktika İnstitutunun (ETTPİ) təşəbbüsü ilə Tovuz, Yevlax, Qazax, Şəmkir rayonlarında və Gəncə şəhərdə 3 gün davam edən seminara yekun vurulub.

Tədbirin əsas mövzusu yay mövsümünün gəlişi ilə bağlı malyariya, leyşmanioz, bakteriya və virus mənşəli kəskin bağırsaq və respirator infeksiyaların diaqnostika, müalicə və profilaktikasını gücləndirməkdir. Gəncədə təşkil olunan yekun yığıncaqda institutun direktoru Namiq Əliyev və bir qrup işçisi ilə yanaşı yuxarıda adları qeyd olunan rayonların səhiyyə idarələrinin əməkdaşları da iştirak edib. ETTPİ-un işçiləri həmçinin həmin rayonlardakı mövjud vəziyyətlə tanış olublar. Qaçqın və məcburu köçkünlərin yaşadığı ərazilərə də baş çəkilib.

Xəbər lenti

Xəbər lenti