...

Səməd Seyidov: "AŞPA-nın bir neçə komitəsi öz iclaslarını Bakıda keçirmək niyyətindədir"

Siyasət Materials 25 May 2006 11:54 (UTC +04:00)
Səməd Seyidov: "AŞPA-nın bir neçə komitəsi öz iclaslarını Bakıda keçirmək niyyətindədir"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bir neçə komitəsi öz iclaslarını Bakıda keçirmək niyyətindədir. Trend xəbər verir ki, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

S.Seyidov onu da qeyd edib ki, mayın 29-da Moskvada qurumun Daimi Komitəsinin iclası keçiriləcək və mayın 13-də parlamentə keçirilən təkrar seçkilərin nəticələri ilə bağı qurumun müşahidə missiyasının rəhbəri Leo Platvoet iclasda çıxış edəcək.

S.Seyidov onu da bildirib ki, rəsmi Bakı qurumla münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlı müraciət edib. Müraciətdə gələcək əməkdaşlığın yüksək səviyyədə təşkil olunması vurğulanır. Həm seçkilər, həm də Azərbaycanın gələcəkdə danışıqlar aparması və lazım olan problemləri həll etməsi göstərir ki, ölkəmiz Avropa Şurasında konstruktiv mövqe nümayiş etdirir.

Xəbər lenti

Xəbər lenti