...

Anatoli Qritsenko: Ukrayna və Rusiya arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri saxlanılır

Siyasət Materials 31 May 2006 13:49 (UTC +04:00)
Anatoli Qritsenko: Ukrayna və Rusiya arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri saxlanılır

Vaxtilə Ukrayna və Rusiyanın müdafiə-sənaye kompleksləri arasında əlaqələrin qırılmasına baxmayaraq hər iki dövlət arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri saxlanılır. Trend in xəbər verdiyi kimi, bu barədə mayın 31-də MDB ölkələri müdafiə nazirləri Şurasının Bakıda keçirilmiş iclasının yekunları üzrə təşkil orlunmuş mətbuat konfransında Ukraynanın müdafiə naziri Anatoli Qritsenko bəyan edib.

"Bu gün hər iki dövlət arasında mövcud əlaqələrin səviyyəsi ən optimaldır. Düşünürəm ki, ilk növbədə texnika istehsal edən müəssisələrə və hər iki ölkədə gedən özəlləşdirmə proseslərinə daha çox maraq göstərilməlidir", - deyə A.Qritsenko bildirib.

"Fikrimcə, bunlar müəssisələrin marağına cavab verəcək qarşılıqlı faydalı kooperasiya əlaqələrini gücləndirəcək",- deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti