...

Litva prezidentinin Azərbaycana səfəri təxirə salınmayıb və nəzərdə tutulmuş müddətdə baş tutacaq

Siyasət Materials 1 İyun 2006 19:06 (UTC +04:00)

Litva prezidenti Valdas Adamkusun Azərbaycana rəsmi səfəri təxirə salınmayıb və nəzərdə tutulmuş müddətdə keçiriləcək. Bu barədə Trend ə Litva prezidenti mətbuat xidməti rəhbərinin müavini Lina Qorbaçevene baş nazirin istefası ilə bağlı ölkədə yaranmış böhranı şərh edərkən bildirib. Onun sözlərinə görə, səfər iyunun 8-9-na təyin olunub və vaxtında baş tutacaq.

Litva prezidentinin Bakıya səfəri aprelin 18-19-da olmalı idi, lakin Litvadakı siyasi vəziyətlə əlaqədar təxirə salındı. Hazırda ölkədə siyasi böhran genişlənməkdədir. Dünən hökumətin növbəti iclasında baş nazir Algirdas Brazauskas istefaya çıxıb.

Böhran V.Adamkusun tanınmış litva siyasətçisi Viktor Uspasskinin rəhbərlik etdiyi Əmək Partiyasını təmsil edən 5 nazirə etibar etmədiyi haqqında bəyanatından sonra başlayıb. Prezident həmçinin A.Brazauskasın baş nazir vəzifəsində qalmasının məqsədəuyğunluğuna şübhə etdiyi bildirib. Bu bəyanatdan sonra səhiyyə, mədəniyyət, ədliyyə, iqtisadiyyat və daxili işlər nazirləri istefa verib.

Xəbər lenti

Xəbər lenti