...

Zaqatala, Qax, Balakən rayonları və Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə Fəaliyyət Planı təsdiqlənib

Siyasət Materials 3 İyun 2006 12:14 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev respublikanın Zaqatala, Qax, Balakən rayonları və Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, "2004-2008-ci illərdə Azərbaycanda regionların sosial-iqtisadi inkişafı" üzrə dövlət proqramı uğurla həyata keçirilir ki, bu da əhalinin rifahının yaxşılaşdırılmasına imkan verir.

O da qeyd olunur ki, yuxarıda adları çəkilən rayonlarda və Şəki şəhərində bir sıra sosial-iqtisadi problemlər hələ də qalmaqdadır.

Bununla əlaqədar olaraq Zaqatala, Qax, Balakən rayonları və Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə Fəaliyyət Planı təsdiq edilir.

Xəbər lenti

Xəbər lenti