...

Metyu Vestfol: AİB-in Azərbaycana yardım strategifasının təsdiqlənmə tarixi 2007-ci ilin əvvəlində baxılacaq

Siyasət Materials 3 İyun 2006 14:00 (UTC +04:00)
Metyu Vestfol: AİB-in Azərbaycana yardım strategifasının təsdiqlənmə tarixi 2007-ci ilin əvvəlində baxılacaq

Asiya İnkiaşf Bankının Azərbaycana 3 illik yeni yardım strategiyası (2007-2009) Direktorlar Şurasında 2007-ci ilin yanvar-fevral aylarında müzakirəyə çıxarılacaq. Bu barədə Trend ə AİB-in Bakı nümayəndəliyinin rəhbəri Metyu Vestfol bildirib. Əvvəllər sənədin təsdiqlənməsi 2006-cı ilin oktyabr-noyabr aylarına planlaşdırılmışdı.

"Strategiyanın təsdiqlənməsi uzun prosesdir və bir neçə mərhələdən ibarətdir. Hazırkı mərhələdə biz bankın Maniladakı baş ofsisinin nümayəndə heyətini gözləyirik. Onlar iyul və ya avqustun əvvəlində gələrək müxtəlif sektorları təhlil edəcək. Sonra Manilada görüşlər keçiriləcək, sektorların təhlili nəticəsində prioritetlər müəyyənləşdiriləcək" - deyə M.Vestfol qeyd edib.

Onun sözlərinə görə, strategiyanın təsdiqlənmə cədvəlini müzakirə etmək planlaşdırılır. Hazırda AİB əməkdaşlığın həyata keçiriləcəyi üç prioritet istiqaməti nəzərdən keçirir. Bunlar artıq Azərbaycan hökumətilə də razılaşdırılıb.

"Biz Azərbaycanda gerçəkləşdiriləcək bütün layihələrin proqram təminatını müzakirə edirik. 1-ci istiqamət nəqliyyatdır və əsas diqqət yolların bərpasına yönəldiləcək. Bu, yol layihələrinin genişləndirilməsi istiqaməti ola bilər. 2-ci - su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılmasıdır. 3-cü alternativ enerji mənbələri, təmiz enerji mənbələridir" - deyə bankın nümayəndəliyindən bildirilib. M.Vestfol digər istiqamətlərdə də fəaliyyət mümkünlüyünü istisna etmir, lakin bunların əsas olduğunu bildirir.

Hazırda bərpa olunan elektrik enerjisi məndələri və cənub nəqliyyat dəhlizi (Ələt-Astara) üzrə layihələrin hazırlanmasına texniki yardım istiqamətində iş başlanıb. Qərarın 2007-ci ilin əvvəlində veriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti