Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 4-də Buxarestdə keçmiş danışıqları zamanı xoş atmosfer olub və münaqişənin nizama salınma yollarının ətraflı müzakirəsi baş tutub. Trend in "Svoboda" radiosuna əsasən verdiyi xəbərə görə, bu barədə Buxarestdə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Stiven Mənn bildirib. Onun sözlərinə görə, tərəflərin söhbəti 2,5 saat çəkib.
ATƏT MQ-nun rusiyalı həmsədri Yuri Merzlyakov Rusiyanın danışıq prosesindəki mövqeyini ifadə edərək qeyd edib ki, bu məsələnin həllini yalnız münaqişənin hər iki tərəfinin üzərinə atmaq olmaz. O deyib ki, onlar məsələnin həllinə özləri, lakin vasitəçilərin köməyi ilə nail olmalıdırlar və bununla yanaşı əlavə edib ki, razılığa gəlməkdə əsasən tərəflər özləri məsuliyyət daşıyırlar.