...

Fövqəladə Hallar Nazirliyi Hacıqabul dəmiryolunda baş vermiş qəza nəticəsində yaranan nasazlıqları aradan qaldırıb

Siyasət Materials 6 İyun 2006 13:33 (UTC +04:00)

İyunun 5-də Hacıqabul rayonu ərazisindən keçən dəmiryolunda baş vermiş qəza ilə bağlı yaranan nasazlıqlar Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aradan qaldırılıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Aşmış vaqonlar hadisə yerində olmuş FH nazirinin müavini Rəfail Mirzəyevin nəzarəti altında hadisə yerindən kənarlaşdırılıb, dəmiryolunun fəaliyyəti bərpa edilib. Hadisə yerində əmələ gəlmiş mazut gölməçələrinin ləğv edilməsi üçün əraziyə xüsusi qurğu gətirilib.

Qeyd edək ki, Bakı-Böyükkəsik dəmiryolunun 403-cü kilometrliyində (Hacıqabul rayonu ərazisindən keçən hissədə) mazutla doldurulmuş yük qatarının teplovozu və 14 vaqonu yoldan çıxıb aşıb.

Xəbər lenti

Xəbər lenti