...

Salyanda qanvermə kampaniyası keçirilib

Siyasət Materials 8 İyun 2006 17:43 (UTC +04:00)

Salyan şəhər mərkəzində talassemiyalı xəstələrə qan vermək üçün keçirilən tədbirdə 100-lərlə salyanlı könüllü olaraq donorluq edib. "Savab dünyası" Talassemiya Assosiasiyasının vitse-prezidenti Rauf Muradovun dediyinə görə, Heydər Əliyev Fondunun və Qafqaz Müsəlmanları İdarəsinin həyata keçirdikləri bu layihə talasemiyalı xəstələr üçün çox vacibldir. Bu xəstələrə hər 21 gündən bir qan vurmaq lazımır. Respublikamızda isə 2 mindən çox bu xəstəliyin daşıyıcısı var. Təkcə Salyanda 18 talassemiyalı xəstə qeydə alınıb.

Assosiasiyanın nümayəndəsi tədbirin keçirilməsinə şərait yvaratdığı üçün Salyan Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirərək qeyd edib ki, qan verənlərin böyük hissəsi rayonun təhsil işçiləridir. Görünür, bir pedaqoq kimi onlar uşaqların sağlamlğında daha maraqlıdırlar. R.Muradov daha sonra bildirdi ki, bu ilin may ayından talassemiyalı xəstələr dövlət himayəsinə keçib. Bu barədə Milli Məclisdə də müvafiq qanun qəbul edilib. Keçən il 31 rayonda keçirilən tədbir bu il daha geniş vüsat alıb. Bir talassemiyalı xəstəyə 20 sağlam adamın qırmızı qan kütləsi lazımdır.

Qankötürmə əməliyyatını isə Respublika Qanköçürmsə institutunun mütəxəssisləri həyata keçirirlər. R.Muradov onu da vurğuladı ki, Heydər Əliyev Fondunun vəsaitilə Respublika Talassemiya MSərkəzi tikilir. Bu mərkəz istifadəyə verildikdən sonra talassemiyalı xəstələrə daha yüksək səviyyədə tibbi yardım göstəriləcək.

Xəbər lenti

Xəbər lenti