...

İyunun 13-də Rusiyanın Axalkalakidəki bazasından növbəti hərbi texnika yola salınacaq

Siyasət Materials 12 İyun 2006 13:00 (UTC +04:00)

İyunun 13-də Rusiyanın Axalkalakidəki bazasından növbəti hərbi texnika Azərbaycan ərazisi ilə Gürcüstandan RF-yə yola salınacaq. Bu barədə Trend ə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Müəyyən olunmuş qrafikə görə, Rusiyanın 62-ci hərbi bazasından hərbi texnika Moskva vaxtı ilə saat 09.00-da Zalka dəmir yolundan yola salınacaq və saat 17:00-da Azərbaycan sərhədini kəsəcək. Texnika iyunun 14-də saat 11:00-da Rusiya ərazisinə çatmalıdır. Eşelon içərisində 26 ədəd MTLB artilleriya dartıcısının, 8 ədəd BRM-1K markalı döyüş kəşfiyyat maşınlarının, 3 ədəd BRDM-2 döyüş gözətçi maşınlarının olduğu 21 vaqondan ibarət olacaq. Bir vaqon həmin maşınlar üçün ehtiyat hissələri və pulemyotlarla yüklənəcək. Bir gözətçi vaqonunda isə 1 zabit və 6 əsgər yerləşdiriləcək.

İndiyədək - 15, 25, 30 may və 6 iyun tarixlərində Azərbaycan ərazisi ilə Rusiyaya 4 silah partiyası göndərilib. Növbəti partiya iyunun 20-də yola salınacaq. Azərbaycan ərazisi ilə cəmi 22 eşelon (400 vaqon) keçməlidir.

İyunun 14-də Rusiyanın Batumidəki bazasından çıxarılan hərbi texnikanın növbəti partiyası Rusiyanın Ermənistandakı bazasına göndəriləcək. Yük əsasən avtomobillərdən ibarət olacaq.

Xəbər lenti

Xəbər lenti