...

Nizami Bəhmənov: "ATƏT-ə və Minsk qrupu həmsədrlərinə müraciət etmişik ki, cəbhə bölgəsində ermənilərin törətdikləri vəhşiliklərə baxış keçirək"

Siyasət Materials 12 İyun 2006 18:00 (UTC +04:00)
Nizami Bəhmənov: "ATƏT-ə və Minsk qrupu həmsədrlərinə müraciət etmişik ki, cəbhə bölgəsində ermənilərin törətdikləri vəhşiliklərə baxış keçirək"

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində ekologiya və mədəniyyətimizə vurduğu ağır ziyanla bağlı ATƏT-ə və Minsk qrupunun həmsədrlərinə müraciət etmişik. Bu barədə Trend ə Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov bildirib.

N.Bəhmənov deyib ki, ermənilər artıq cəbhə bölgəsində olan meşə təsərrüfatını və evləri yandırmaqla məşğuldur: "Bu təhlükə təkcə işğal altındakı ərazini yox, həmçinin həmin cəbhə bölgəsində məskunlaşan qaçqın və yerli əhalinin təsərrüfatını da əhatə edib". N.Bəhmənov onu da vurğulayıb ki, müraciətdə ATƏT-in Minsk qrupunun həmsədrlərindən bu məsələyə münasibət bildirmələri xahiş olunub: "Bildirmişik ki, bizimlə birlikdə cəbhə bölgəsində ermənilərin törətdikləri son vəhşiliklərə baxış keçirilsin. İndi onlardan cavab gözləyirik".

N.Bəhmənov qeyd edib ki, eyni məzmunlu məktubla ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə də müraciət edib: "Bu insan atəşkəsin pozulması ilə bağlı bir dəfə də olsun bəyanat verməyib. Hər gün atəşkəs pozulur, ancaq araşdırılmır ki, atəş hansı tərəfdən açılır".

Xəbər lenti

Xəbər lenti