...

Aqşin Mehdiyev: "Aqo" qrupu AŞ Nazirlər Komitəsinin yay tətillinə qədər Azərbaycan və Ermənistan səfərlərinin yekunları haqqında məruzəni açıqlayacaq

Siyasət Materials 14 İyun 2006 16:38 (UTC +04:00)

AŞ Nazirlər Komitəsinin "Aqo" qrupu Nazirlər Komitəsinin yay tətillinin başlanmasınadək Azərbaycan və Ermənistan səfərlərinin yekunları haqqında məruzəni açıqlayacaq. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, iyunun 14-də Azərbaycanın AŞ-dakı daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev jurnalistlərə bildirib.

O, "Aqo" qrupunun Azərbaycandakı daxili siyasi vəziyyətdən narazı qalması barədə müxalifət liderlərinin iddialarını rədd edərək rəsmi Bakının AŞ qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirdiyini bildirib.

"Müxalifət istədiyi bəyanatı verə bilər. Azərbaycandakı həqiqi vəziyyəti əks etdirəcək məruzəni gözləmək lazımdır" - deyə səfir əlavə edib.

Xəbər lenti

Xəbər lenti