...

Gəncədə 1 nəfər ipoteka krediti alacaq

Siyasət Materials 14 İyun 2006 20:03 (UTC +04:00)

Respublika Bankının Gəncə filialının rəhbəri Tahir Namazovun verdiyi məlumata görə, Gəncə şəhərindən ipoteka krediti almaq üçün banka 10-a yaxın müraciət daxil olub. Onlardan yalnız biri ipoteka şərtlərinə uyğun gəlib. Və hazırda bu şəxsə kredit verilməsi üçün hazırlıq işləri aparılır. Sözügedən şəxsə yaxın günlərdə 30 min YAM məbləğində kredit veriləcək.

Namazov qeyd edib ki, uyğun gəlməyən şərtlər əsasən əmək haqqı ilə bağlıdır. Müraciət edənlərin əksəriyyətinin əmək haqları ipoteka şərtlərinə uğun gəlmir. Tahir Namazovun sözlərinə görə, şərtlərə uyğun gələn neçə müraciət olsa, bank kredit verməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti