...

Azərbaycan prezidenti İsrail və Fələstin rəsmilərini qəbul edib

Siyasət Materials 16 İyun 2006 20:54 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev iyunun 16-da Alma-Atıda İsrailin baş nazirinin müavini Şimon Peresi qəbul edib. Bu barədə Trend agentliyi "Lider" telekanalına istinadən xəbər verib.

Söhbət zamanı Ş.Peres keçmiş prezident Heydər Əliyevlə görüşünü məmnunluqla xatırlayaraq qeyd edib ki, iki ölkə arasındakı əlaqələr yüksək səviyyədədir. Nazir müavini İsrail-Azərbaycan əməkdaşlığının genişləndirilməsi sahəsində addımların atılması vacibliyini vurğulayıb.

Elə həmin gün Azərbaycanın dövlət başçısı Fələstin Azadlıq Təşkilatının içraiyyə komitəsinin üzvü Mühamməd Saad Əhməd Audu qəbul edib.

Xəbər lenti

Xəbər lenti