...

Azərbaycan və İsveçrə arasında əməkdaşlığa dair iki sazişin layihələri hazırlanır

Siyasət Materials 20 İyun 2006 16:46 (UTC +04:00)

Azərbaycan və İsveçrə arasında əməkdaşlığa dair iki sazişin layihələri hazırlanır. Bu barədə Trend ə Azərbaycanın İsveçrədəki səfirliyindən məlumat verilib.

Səfirlikdən bildirilib ki, hər iki sənəd iqtisadi sahəni əhatə edir. Sənədlərin ölkələrdən birinin hökumət nümayəndə heyətinin payızda səfəri zamanı imzalanacağı gözlənilir.

Xatırladaq ki, bu il İsveçrə Xarici İşlər Departamentinin rəhbəri Mişelin Kalmi-Reyin Bakıya rəsmi səfəri zamanı əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 3 sənəd, xüsusilə Azərbaycan və İsveçrə XİN arasında miqrasiyaya dair birgə bəyanat, ikiqat vergiqoymadan yayınmaya dair saziş və s. imzalanıb.

Xəbər lenti

Xəbər lenti