...

Daxili işlər nazirinin iştirakı ilə insan alverinin qurbanları üçün yeni inşa edilmiş binanın açılışı planlaşdırılıb

Siyasət Materials 21 İyun 2006 16:48 (UTC +04:00)

Bakıda insan alverinin qurbanlarına sığınacaq məqsədilə yeni inşa edilmiş binanın açılışı iyul ayının ikinci yarısına planlaşdırılıb. Bu barədə Trend ə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) İnsan Alverinə Qarşı Mübarizə Şöbəsindən məlumat verilib.

Bildirilib ki, artıq 3 mərtəbəli bina avadanlıqlarla təchiz olunub. Hazırda sığınacaqda işləyəcək kadrların təyin edilməsi ilə əlaqədar məsələlər müzakirə olunur. İnsan alveri ilə mübarizə çərçivəsində yaradılması nəzərdə tutulan "qaynar xətt"də çalışacaq şəxslər isə növbəti həftədən etibarən seminarlara cəlb olunacaqlar.

Qeyd edək ki, son aylar DİN BMCMİ İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin həyata keçirdiyi profilaktik tədbirlər nəticəsində insan alveri ilə bağlı faktların sayı xeyli azalıb.

Xəbər lenti

Xəbər lenti