...

Koba Davitaşvili: "Gürcüstanla Azərbaycan dostluğunun alternativi yoxdur"

Siyasət Materials 22 İyun 2006 16:41 (UTC +04:00)

Gürcüstanla Azərbaycan dostluğunun alternativi yoxdur. Trend xəbər verir ki, bu barədə iyunun 22-də "Cənubi Qafqazda sülhün bərqərar edilməsi və möhkəmləndirilməsi" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak edən Gürcüstan Mühafizəkarlar Partiyasının sədri, Gürcüstan parlamentinin üzvü, Koba Davitaşvili bildirib.

Millət vəkili qeyd edib ki, Gürcüstan unikal dövlətdir: "Azərbaycanlılar Gürcüstanda orta təhsillərini öz dillərində alırlar. Azərbaycanda yaşayan gürcülərin isə belə bir imkanı yoxdur. Buna baxmayaraq biz heç vaxt bu məsələni qaldırmamışıq. Lakin müəyyən qüvvələr var ki, bizi bir-birimizə qarşı qaldırmağa çalışırlar".

K.Davitaşvili bildirib ki, Azərbaycan-Gürcüstan dostluğunun alternativi yoxdur: "Bizim birgə strateji maraqlarımız var. Odur ki, bir çox çağırışlara, o cümlədən Gürcüstanda yaşayan azərbaycanlıların problemləri, onların hüquqlarının pozulması kimi təxribatlara uymayacağıq". Partiya sədri bildirib ki, hər bir dövlətdə olduğu kimi Gürcüstanın vətəndaşlarının da müəyyən problemləri var: "Bu problemlər yalnız azərbaycanlılara aid edilmir".

Xəbər lenti

Xəbər lenti