...

Cisco Systems-ın rəhbəri Con Çembers Bakıya gələcək

Siyasət Materials 27 İyun 2006 15:02 (UTC +04:00)

İyunun 29-da Cisco Systems şirkətinin prezidenti və icra direktoru Con Çembers Bakıya gələcək. O, bu vəzifəni 1995-ci ildən tutur. Trend agentliyinin şirkətə istinadən yaydığı məlumata əsasən, səfər zamanı o, dövlət başçısı İlham Əliyev tərəfindən qəbul olunacaq, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, iqtisadi inkişaf naziri Heydər Babayev və iri İT şirkətlərinin nümayəndələri ilə görüşəcək.

Şirkətdə hesab edirlər ki, bü səfər Cisco Systems şirkətinin Azərbaycandakı fəaliyyətinə müsbət təsir göstərərək fəallaşmasına gətirib çıxaracaq.

Şirkət Azərbaycana maraq göstərir ki, bunun sübutu şirkətin vitse-prezidenti, MDB üzrə ofisin rəhbəri Robert Eyci və Azərbaycan təhsil naziri Misir Mərdənov tərəfindən "Əməkdaşlıq haqqında" memorandumun imzalanmasıdır.

Bu sənəd müxtəlif layihələr çərçivəsində təhsil sahəsində əməkdaşlığa yönəldilib.

Cisco Systems internet şəbəkəsi üçün avadanlıq və kompleks həllərin aparıcı tədarükçüsüdür. Cisco-nun kompleks həlləri səmərəli məlumat müdadiləsini təmin edir ki, bu da xərclərin ixtisarına gətirir və müəssisəyə müştərilər, tədarükçülər və tərəfdaşlarla daha sıx əlaqə qurmağa imkan verir. Cisco-nun kompleks həlləri minlərlə şirkətin, şəbəkə xidməti tədarükçüsünün, universitet və dövlət qurumlarının şəbəkəsinin əsasını təşkil edir. İnternet şəbəkəsinin 80%-dən çoxu Cisco-nun avadanlığından quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti