...

Kiyevdə GUAM katibliyi üçün yer ayrılıb

Siyasət Materials 27 İyun 2006 18:32 (UTC +04:00)

Ukraynanın Nazirlər Kabineti Sofiyevskaya küç, 2A-da yerləşən qeyri-yaşayış sahəsinin GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Katibliyinin Yerləşdirilməsi İşləri üzrə Dövlət İdarəsinə verilməsi haqqında sərəncam verib.

887 kv. m. qeyri-yaşayış sahəsi həmin idarəyə kirayəyə verilir. Kiyev şəhər administrasiyasına katibliyin yerləşdirilməsi məsələsini həmin sahənin saxlanılması ilə bağlı faktiki xərclərin ödənilməsi şərtilə həll etmək tapşırılıb. Faktiki xərclərin ödənilməsi dövlət büdcəsində ayrılmış vəsaitlər çərçivəsində həyata keçirilməlidir.

Nazirlər Kabineti Dövlət Gömrük Administrasiyasına bir ay müddətində həmin yerin boşaldılmasını təmin etməyi tapşırıb. Nazirlər Kabineti Rabitə Nazirliyinə GUAM-ın katibliyini telefon rabitəsilə təchiz etməyi tapşırıb.

Mayın 23-də Kiyevdə GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) liderləri "GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat"ın yaradılması haqqında bəyannamə imzalayıb.

Xəbər lenti

Xəbər lenti