...

Avropa Qonşuluq Siyasəti çərçivəsində Milli fəaliyyət planının hazırlığı üzrə danışıqların üçüncü raundu iyul ayında keçirilə bilər

Siyasət Materials 29 İyun 2006 17:31 (UTC +04:00)
Avropa Qonşuluq Siyasəti çərçivəsində Milli fəaliyyət planının hazırlığı üzrə danışıqların üçüncü raundu iyul ayında keçirilə bilər

Avropa İttifaqı (Aİ) Avropa Qonşuluq Siyasəti (AQS) çərçivəsində Milli fəaliyyət planının layihəsini Azərbaycanın Xarici İşlər Nazirliyinə təqdim edib. Bu barədə Trend ə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev xəbər verib.

Onun sözlərinə görə, hazırda müzakirələr gedir və AQS çərçivəsində fəaliyyət planının hazırlığı üzrə danışıqların üçüncü raundunun keçirilmə müddəti yaxın günlərdə təyin olunacaq.

İqtisadi İnkişaf Nazirliyi və Aİ-nin texniki yardım proqramlarının koordinasiya bürosunda (Tacis) Azərbaycana bildiriblər ki, ilkin olaraq görüşün iyul ayının birinci yarısında Bakıda keçirilməsi nəzərdə tutulub. Son müddət hələ razılaşdırılacaq. Üçüncü raund hələ mayın 15-də keçirilməli idi, lakin sənədin siyasi hissəsindəki bəzi məqamların uzlaşmaması səbəbindən təxirə salınıb. Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü əsasında nizama salınacağı sənədə daxil edilməyib. Aİ bu bəndi sənəddən çıxarıb, bu isə Azərbaycan hökümətini razı salmayıb. Ölkənin mövqeyi bundan ibarətdir ki, əgər bu bənd daxil edilməsə, hökümət danışıqları davam etdirməyəcək. Təqdim olunmuş sənəddə bu bəndin sərbəst qalmasına baxmayaraq, Aİ ilə razılıq əldə olunub və mətn növbəti görüşdə hazırlanacaq.

İqtisadi hissə üzrə sənəd 80-90% razılaşdırılıb və xüsusi fikir ayrılıqları yoxdur. Lakin bəzi texniki məqamlar var, çünki Azərbaycanın kiçik sahibkarlıq üzrə Avropa xartiyasına və Biznesin qeydiyyat sisteminə daxil olma məsələsi açıq qalıb. Bu istiqamətdə Azərbaycan tərəfinin təklifləri hələ Aİ tərəfindən qəbul olunmayıb.

Ehtimal olunur ki, üçüncü raund sonuncu olacaq. Fəaliyyət planı razılaşdırıldıqdan sonra 2-3 il üçün nəzərdə tutulmuş indikativ proqramlar hazırlanacaq. Aİ 2007-ci ildən maliyyələşdirməyə başlayacaq və bu Tacis və MEDA proqramları çərçivəsində həyata keçiriləcək. AQS-in 2007-2013-cü illər üçün büdcəsi 15 milyard avro həcmində nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti