...

Misir Mərdanov: Azərbaycanın dövlət ali təhsil müəssisələrində ödənişli şöbələrin tarifləri yenidən nəzərdən keçirilməlidir

Siyasət Materials 1 İyul 2006 15:03 (UTC +04:00)
Misir Mərdanov: Azərbaycanın dövlət ali təhsil müəssisələrində ödənişli şöbələrin tarifləri yenidən nəzərdən keçirilməlidir

Azərbaycanın Təhsil Nazirliyi dövlət ali təhsil müəssisələrində ödənişli şöbələrin tariflərinin yenidən baxılması xahişi ilə Nazirlər Kabineti və İqtisadi İnkişaf Nazirliyinə müraciət edəcək. Trend in ATI telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə təhsil naziri Misir Mərdanov bəyan edib.

"Əgər tədrisin müxtəlif səviyyədə aparıldığı ali təhsil məktəblərində eyni ixtisas üzrə ödəniş haqları arasında heç bir fərq yoxdursa, o zaman ziddiyyət yaranır", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, tezliklə bu məsələ respublika Dövlət Tarif Şurasının gündəliyinə daxil ediləcək.

Xəbər lenti

Xəbər lenti