...

Ümid Partiyası rayon təşkilatlarının sədrləri təkrar bələdiyyə seçkilərinə namizədlərini müəyyənləşdirir

Siyasət Materials 4 İyul 2006 15:00 (UTC +04:00)

Ümid Partiyası rəhbərliyi oktyabrın 6-da keçirilən təkrar bələdiyyə seçkilərində iştirak etməklə bağlı rayon təşkilat sədrlərinə tapşırıq verib. Bu barədə Trend ə Ümid Partiyası Ali Məclisinin sədri Rəfael Tağızadə bildirib.

R.Tağızadə onu da qeyd edib ki, təkrar bələdiyyə seçkilərində iştirak etməklə bağlı partiyanın ümumrespublika müşavirəsi keçirilib: "Rayon təşkilat sədrlərinə namizədlərini müəyyənləşdirmək üçün vaxt verilib. Məqsədimiz təkrar seçkilərin keçirildiyi bütün məntəqələrdə təmsil olmaqdır". Ali Məclisin sədri onu da vurğulayıb ki, Ümid Partiyası təkrar bələdiyyə seçkilərinə təmsil olduğu Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzindən kənarda iştirak edəcək.

R.Tağızadə onu da bildirib ki, partiya sentyabra planlaşdırılan növbəti qurultayına hazırlaşır. Bu məqsədlə də rayon təşkilatlarında qurultay öncəsi konfranslar keçirilir: "Qurultayda partiyanın nizamnaməsinə dəyişiklkilərin ediləcəyi gözlənilir. Ancaq o qədər də struktur dəyişiklikləri olmayacaq".

Xəbər lenti

Xəbər lenti