...

Sabir Rüstəmxanlı: "Qurultyda VHP sədrliyinə namizədliyimi yenidən irəli sürəcəyəm"

Siyasət Materials 4 İyul 2006 18:01 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) bu il sentyabrda keçiriləcək qurultayında Sabir Rüstəmxanlı yenidən sədrliyə namizədliyini irəli sürəcək. Bu barədə Trend ə VHP-nin sədri Sabir Rüstəmxanlı açıqlama verib.

O bildirib ki, payıza nəzərdə tutulan qurultayla bağlı rayon təşkilatlarının konfransları keçirilir. S.Rüstəmxanlının sözlərinə görə, partiyanın Nizamnaməsinə, fəaliyyət proqramına əlavə və dəyişikliklərlə bağlı təkliflər var. Partiya sədri qeyd edib ki, qurultayda bunlar nəzərə alınacaq. Qurultayda həmçinin VHP-nin sədri və rəhbər strukturlarına seçki keçiriləcək. S.Rüstəmxanlı yenidən rəhbərlikdə təmsil olunmaq istəyini dilə gətirib: "Mənim hələ ki, siyasətdən getmək fikrim yoxdur. Ona görə də Vətəndaş Həmrəyliyi Partiyasının yaradıcısı, ideologiyasının banisi kimi qurultayda yenidən sədrliyə namizədliyimi irəli sürəcəm. Sədrlikdən getmək fikrim yoxdur, amma qurultayda demokratik şərait yaratmağa çalışacağıq, kim istəsə, sədr vəzifəsinə öz namizədliyini verə bilər".

Xəbər lenti

Xəbər lenti