...

Enerji təhlükəsizliyi məsələləri NATO-nun diqqət mərkəzində qalmaqdadır

Siyasət Materials 4 İyul 2006 19:00 (UTC +04:00)
Enerji təhlükəsizliyi məsələləri NATO-nun diqqət mərkəzində qalmaqdadır

Enerji təhlükəsizliyi məsələləri NATO-nun diqqət mərkəzində qalmaqdadır və yaxın aylarda bu mövzu üzrə Alyansın daha bir plenar iclasının keçiriləcəyi ehtimal olunur. Bu barədə NATO baş katibinin müavini Jan Furne Trend müxbirinin sualına cavab verərkən bildirib.

Onun sözlərinə görə, enerji təhlükəsizliyi, xüsusilə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təhlükəsizliyinin təmin olunması məsələləri artıq NATO-nun bir neçə tədbirində diqqət mərkəzində olub. "Şimali Atlantika Alyansının strateji əhəmiyyətli enerji daşıyıcılarının təhlükəsizliyinin təmini üçün nə edə biləcəyi barədə məsələ müzakirə olunacaq", - deyə o bildirib.

Bununla yanaşı, J.Furne rəsmi Bakının NATO-Azərbaycan əməkdaşlığının Fərdi proqramının fəaliyyət planı çərçivəsindəki siyasətindən razı qaldığını bildirib.

NATO baş katibinin müavini qeyd edib ki, Azərbaycanın Alyansdakı üzvlük məsələsi gündəliyə daxil deyil. "Bu məsələ Azərbaycan rəhbərliyinə ünvanlanmalıdır", - deyə J.Furne qeyd edib və əlavə edib ki, NATO Cənubi Qafqazın hər üç ölkəsi ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdirlməsində maraqlıdır.

Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinə gəlincə isə, NATO baş katibinin müavini qeyd edib ki, Alyans danışıqlar prosesində ATƏT-in Minsk qrupunun yerini tutmağa hazırlaşmır, lakin münaqişənin tezliklə nizama salınması regionun hər iki ölkəsinin maraq dairəsindədir.

Xəbər lenti

Xəbər lenti