...

Bakıda Avropa Şurasının proqramlarından olan "Hamı fərqlidir, hamı eynidir" mövzusunda treninqin açılışı olub

Siyasət Materials 10 İyul 2006 16:02 (UTC +04:00)

İyulun 10-da Bakıda Avropa Şurasının proqramlarından olan "Hamı fərqlidir, hamı eynidir" mövzusunda treninqin açılışı olub. Trend xəbər verir ki, əsasən gənclərin fəaliyyətinə yönələn bu proqramı Azərbaycanda Könüllülər İctimai Birliyi həyata keçirir.

Dini dözümlüyük mövzusunda belə treninqlər 10 ildən bir keçirilir. Növbəti treninqin Azərbaycanda açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, "İrəli" Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçisi Fərhad Məmmədov, gənc millət vəkili Əkrəm Abdullayev, Avropa Treninqlər Şəbəkəsinin nümayəndəsi, Gürcüstan, Ukrayna, Rusiya, Baltikayanı ölkələr, Polşa və digər dövlətlərin treninqləri iştirak edib.

Treninqin nəticələri çap şəkilində Avropa Şurası dövlətlərinin gənclər təşkilatları vasitəsilə yayılacaq.

Xəbər lenti

Xəbər lenti