...

Ana Vətən Partiyasının bir qrup üzvü cəbhə bölgələrinə səfərə hazırlaşır

Siyasət Materials 13 İyul 2006 15:49 (UTC +04:00)

Ana Iətən Partiyasının (AIP) bir qrup üzvü yaxın günlərdə döyüş bölgələrinə səfər edəcək. Bu barədə Trend ə AVP sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

F.Ağamalı onu da bildirib ki, Milli Məclisin bir qrupp üzvünün döyüş bölgələrinə etdikləri səfərlərini dəstəkləyir: "Milli Məclisin hər bir üzvü belə səfərlərdə iştirak etməli və əsgərlərimizə mənəvi dəstək olmalıdır. Eyni zamanda döyüş bölgələrindəki vəziyyət və problemlərlə yaxından tanış olmaq imkanı əldə edilməli və həmin problemlərin həllinə çalışmalıyıq. Belə səfərlər müqvəqqəti xarakter daşımamalıdır".

AVP sədri onu da vurğulayıb ki, onların səfərlərinin məqsədlərdən biri də yerli əhalinin, habelə qaçqınların sosial vəziyyəti ilə yaxından tanış olmaqdır və əsgərlərin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi prosesində iştirak etməkdir. Millət vəkili səfərin payız aylarında həyata keçiriləcəyini bildirib. Onu da bildirək ki, AVP sədrinin birinci müavini, millət vəkili Zahid Oruc da bu yaxınlarda hakim Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin tərkibində Bərdədə yerləşən "N" saylı hərbi hissəsində olub.

Xəbər lenti

Xəbər lenti